Riqa Konfransının açılışında çıxış edən Latviya Prezidenti Edqar Rinkeviçs Rusiya ordusunun zəifləmədiyini və dörd il yarım əvvəlkindən kökündən fərqli olduğunu vurğulayıb.
Herbiand.az bildirir ki, bu barədə Latviyanın Baltus Balss xəbər portalı məlumat verib.
Rinkeviçs əlavə edib ki, Rusiya silahlı qüvvələri, sadəcə Ukraynadakı münaqişə ölkəyə iqtisadi cəhətdən baha başa gəldiyi və Rusiya cəmiyyətinin onun nəticələrindən getdikcə daha çox xəbərdar olduğu üçün zəif qiymətləndirilməməlidir: “Gəlin bunun Rusiya silahlı qüvvələrinin zəifləməsi demək olduğunu düşünməyək. Əksinə, hər şey tərsinədir. Biz başa düşməliyik ki, Rusiya Silahlı Qüvvələri əslində yaxşı inkişafdadır”.
Latviya Prezidentinin sözlərinə görə, hərbi texnologiyada daim rəqabət var və Ukrayna bu sahədə müəyyən irəliləyişlər əldə etsə də, Rusiya geridə qalmır. O, Rusiyaya siyasi və iqtisadi təzyiqin artırılması və sanksiyaların sərtləşdirilməsi üçün əlaqələndirilmiş yanaşma çağırışını təkrarlayıb: “Mövcud sanksiyalar rejimi bir çox istisna və nüansları ehtiva edir və bu da vahid Avropa yanaşması tələb edir”.
Bəxtiyar CƏFƏRLİ