Advertisment

Su-57E təyyarəsi Misirə uçuş zamanı yalnız bir dəfə dayanıb

Rusiyanın beşinci nəsil Su-57E qırıcı təyyarəsi Misirdə keçirilən El Alamein International Airshow sərgisinə yük bölmələrinin içərisindəki daxili yanacaq çənlərindən istifadə edərək uçuşu başa vurub. Bu, ənənəvi xarici yanacaq çənlərinə ehtiyacı aradan qaldırmağa imkan verib.

Herbiand.az bu barədə “Rostex”-in mətbuat xidmətinə istinadən bildirir.

"Uçuş bir dayanacaqla həyata keçirilib və bundan sonra təyyarənin daha 1000 km məsafə üçün yanacaq ehtiyatı var idi. Bu, ertəsi gün nümayiş uçuşu üçün kifayət idi ki, bu da tammiqyaslı hava döyüşünə bərabərdir", - dövlət korporasiyasının nümayəndələri məlumat verib.

Xarici yanacaq çənləri əvəzinə yük bölmələrinin içərisindəki daxili yanacaq çənlərinin istifadəsi beşinci nəsil təyyarənin konsepsiyasına tam uyğundur.

Bəxtiyar CƏFƏRLİ