"Rusiya Federasiyası Qəhrəmanı Aldar Tsıdenjapov" korveti Yapon dənizində simulyasiya edilmiş düşmən sualtı qayığının axtarışı üzrə təlim keçirib. Təlimə görə, Böyük Pyotr körfəzinin sularında düşmən sualtı qayığının əlamətləri aşkar edilib.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Reyd axtarışı aparan korvet heyəti dərhal sualtı hədəfin axtarış zonasına getmək əmri alıb. Ka-27PL sualtı əleyhinə helikopteri ilə əməkdaşlıq çərçivəsində sualtı obyektin axtarışı nəticəsində təqibdən yayınmağa çalışan simulyasiya edilmiş düşmən sualtı qayığı aşkar edilib", - Müdafiə Nazirliyi əlavə edib.
Korvetin heyəti daha sonra sualtı qayıqla əlaqə qurub və onu torpedalarla simulyasiya yolu ilə məhv ediblər.
Nazirlik qeyd edib ki, "düşmən" sualtı qayığını “Varşavyanka” sinifli dizel-elektrik sualtı qayığı həyata keçirib.
Bəxtiyar CƏFƏRLİ