Advertisment

Ukrayna gecə hücumu zamanı Rusiya ordusunun heç bir uzaqmənzilli raketini vura bilməyib

Ukrayna hava hücumundan müdafiə qüvvələri 17 sentyabr gecəsi Rusiyanın bir dənə də olsun uzaqmənzilli raketini vura bilməyib.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri komandanlığının hesabatını təhlil edən Ukraynanın "Ölkə siyasəti" Telegram kanalı qeyd edib.

Rusiya qüvvələri gecə ərzində Ukrayna hərbi obyektlərinə qarşı bir sıra kütləvi və qrup hücumları həyata keçirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücumda quru, dəniz və hava əsaslı dəqiq silahlardan, eləcə də dronlardan istifadə olunub. Hədəflər metallurgiya və elektron sənayesi, Ukrayna hərbi-sənaye kompleksi obyektləri, liman və nəqliyyat infrastrukturu ilə əlaqəli enerji obyektləri olub. Bundan əlavə, zərbələr Ukrayna Silahlı Qüvvələri adından yerləşdirilən gəmilərə də dəyib.

Bəxtiyar CƏFƏRLİ