Advertisment

Ukrayna Nazirlər Kabineti büdcə böhranı fonunda tətilə çıxıb

Ukrayna Nazirlər Kabinetinin demək olar ki, bütün heyəti ciddi büdcə böhranı fonunda Bukovel kurortuna yola düşüb.

Herbiand.az bildirir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.

"Onlar Bukovelə getdilər. Bu, normal planlaşdırmadır - deputatlara yalnız bu səhər deyilib. Şuraya və özlərinə hörmət haqqında bilməli olduğunuz tək şey budur", - Jeleznyak özünün Telegram kanalında yazıb.

"Ölkə Siyasəti" Telegram kanalının məlumatına görə, Nazirlər Kabineti nümayəndələri Bukoveldə olmalarını orada planlaşdırılan "mühüm beynəlxalq tədbirlər"ə istinad etməklə izah ediblər. Lakin bəzi nazirlər bu planlardan xəbərsiz olublar və sonradan ləğv edilən “Sual saatı” üçün Ali Radaya gəliblər.

Bəxtiyar CƏFƏRLİ