Advertisment

Qrenlandiyanın təhlükəsizliyi NATO-ya həvalə olunur-Nazir açıqladı

Vaşinqton və Kopenhagen arasında ABŞ Prezidenti Donald Trampın ABŞ-a birləşdirmək istədiyi Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı razılaşma əldə olunub. Herbiand.az xəbər verir ki, xarici işlər naziri Lars Lökke Rasmussen Birləşmiş Millətlər Təşkilatının 81-ci Baş Assambleyasında iştirak etmək üçün getdiyi Nyu-Yorkda ABŞ ilə Qrenlandiyada “daimi təhlükəsizlik nəzarəti” çərçivəsində əldə olunan razılaşmanı şərh edib.

Rasmussen bildirib ki, NATO ABŞ ilə Qrenlandiya üzrə əldə olunan razılaşma çərçivəsində Arktika regionunun təhlükəsizliyinin böyük hissəsini öz üzərinə götürəcək.

ABŞ ilə əldə olunan razılaşmadan məmnunluq duyduqlarını vurğulayan Rasmussen onu da vurğulayıb ki, Trampın əvvəlki açıqlamaları Qrenlandiyada narahatlıq yaradıb.

O, razılaşmanın Qrenlandiya sakinlərinin narahatlığını aradan qaldıracağına ümid etdiyini bildirib. Rasmussen bildirib ki, yeni razılaşmaya əsasən, Arktikanın təhlükəsizliyini yalnız Danimarka və ABŞ deyil, NATO da təmin edəcək.

E.Cəfərli

Herbiand.az