Bryansk bölgəsinin Starodubski rayonunda Ukrayna Silahlı Qüvvələrinin dronu dairə seçki komissiyasının üzvü Yelena Dyatlovanı daşıyan mülki nəqliyyat vasitəsinə qəsdən hücum edib.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova məlumat verib.
Hadisə 20 sentyabr bazar günü baş verib. Dron partlayışı nəticəsində qadın ağır qəlpə yaraları alıb və xəstəxanaya yerləşdirilib.
"Dünən Bryansk bölgəsinin Starodubski rayonundakı 882 saylı dairə seçki komissiyasının səsvermə hüququ olan üzvü, hörmətli Yelena Viktorovna Dyatlovanı daşıyan nəqliyyat vasitəsi qəsdən və qəddar dron hücumuna məruz qalıb. Onlar qadının mülki nəqliyyat vasitəsini idarə etdiyini aydın şəkildə görürlər və ona hücum edirlər", - Pamfilova vurğulayıb.
MSK rəhbəri həmçinin, qeyd edib ki, son zamanda Ukraynadan atılan atəş və hücumlar nəticəsində Rusiyanın 10 bölgəsində seçki komissiyalarının yerləşdiyi 74 binaya ziyan dəyib.
Bəxtiyar CƏFƏRLİ