“Ukrayna Rusiya ilə müharibənin əvvəlində münaqişəni genişləndirmək və NATO-ya üzv olmaq məqsədilə Polşa ilə vahid dövlət yaratmaq istəyib”. Herbinad.az xəbər verir ki, bu açıqlama ilə Polşa müxalifətdə təmsil olunan “Hüquq və Ədalət” partiyasının lideri Yaroslav Kaçinski çıxış edib.
“Rzeczpospolita” nəşrinə müsahibəsində Kaçinski deyib ki, Kiyev Varşavadan onun razılaşa bilməyəcəyi məsələləri gözləyib.
“Prezident Vladimir Zelenskinin Seymdə çıxışı da məhz bu istiqamətdə idi. Bundan əlavə NATO-ya üzvlük məsələsi də gündəmdə idi. Görünür, onlar bu yolla belə məqsədlərə nail olmağın mümkün olduğunu düşünürdülər”- Kaçinski bildirib.
Qeyd edək ki, Kaçinski əvvəllər də Kiyevi qıcıqlandıran açıqlamalar verib.
Bir müddət öncə o, partiya üzvlərinə ünvanladığı məktubda “Bandera kultu və digər cinayətkarlarla bağlı siyasətini dəyişənədək” Ukraynanın Avropa İttifaqına üzvlüyünün qarşısını almağa çağırmışdı.
E.Cəfərli