Ukrayna münaqişəsi tezliklə başa çata bilər. Herbiand.az xəbər verir ki, bu iddia ilə Rusiya mediası çıxış edib.
Lenta.ru ukraynalı iqtisadçı Aleksey Kuşa istinadla yazır ki, müharibəni aparmaq üçün ölkənin resursları tükənmək üzrədir. İqtisadçı əlavə edib ki, hərbi əməliyyatları davam etdirmək üçün xaricdən göstərilən maliyyə yardımları da azalıb.
Ekspertin sözlərinə görə, Ukraynaya göstərilən xarici maliyyə yardımı üç dəfə azalıb.
“Hakimiyyət bütün potensial ehtiyatların tükəndiyini yaxşı anlayır. Maliyyə resursları, demoqrafik potensial və hətta psixoloji-mənəvi durum müharibəni davam etdirməyə imkan vermir”-deyə, o bildirib.
E.Cəfərli