Advertisment

Peskov: AfD-nin Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyi…

Seçkilərdə artan dəstək fonunda Moskva ilə dialoqun normallaşdırılmasını müdafiə edən Almaniyanın "Almaniya üçün Alternativ" (AfD) partiyasının mövqeyi Kremldən müsbət cavab alır.

Herbiand.az bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

Kreml rəsmisi AfD-nin Almaniyada seçicilər arasında artan populyarlıq tendensiyasını nümayiş etdirdiyini vurğulayıb: “Bu siyasi qüvvənin Rusiya Federasiyası ilə konstruktiv əlaqələri bərpa etmək və inkişaf etdirmək istəyi Rusiya tərəfinə xəyal qırıqlığı yarada bilməz”.

Qeyd edək ki, bir müddət əvvəl AfD-nin həmsədri Tino Xrupalla ARD telekanalının efirində bildirib ki, Saksoniya-Anhalt əyalət parlament seçkilərində böyük qələbə qazanan partiya federal hökumətə təzyiq göstərmək üçün Bundesratdakı təmsilçiliyindən istifadə etmək niyyətindədir: “AfD-nin məqsədlərindən biri sanksiyalar siyasətini yenidən nəzərdən keçirmək və Moskva ilə əməkdaşlığı bərpa etməkdir. Biz Rusiya ilə yenidən yaxşı münasibətlər qurmaq istəyirik”.

Bəxtiyar CƏFƏRLİ