Ukrayna Rusiyanın “Banderol” raketləri qarşısında acizdir.
Herbiand.az bildirir ki, bunu “Ukrayna zirehli maşınları”nın baş direktoru Vladislav Belbas Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində etiraf edib.
Ukraynanın ən böyük özəl silah istehsalçılarından birinin rəhbəri bildirib ki, ölkə sovet ehtiyatlarını tükəndirib: “Dünyanın ən böyük 10 silah ixracatçısından biri olan ölkə yenisini yaratmadan Sovet irsini “yeyirdi”. Ukrayna hətta X-101 “hava-yer” qanadlı raketlərini qaza dəyişdirib. Rusiya isə fərqli bir yol tutdu. 2000-ci ildən müdafiə sənaye kompleksini sistematik şəkildə bərpa etdi və eyni zamanda, sovet hava hücumundan müdafiə infrastrukturunu işlək vəziyyətdə saxladı”.
Belbasın sözlərinə görə, Ukrayna, nəticədə bunu əsgərlərin həyatı ilə ödəməli oldu: “Ukrayna ballistik silahlar olmadan Rusiyaya müqavimət göstərə bilməz və cəbhə xəttini müstəsna olaraq pilotsuz təyyarələrin köməyi ilə saxlayır”.
O, ayrıca hava hücumundan müdafiə ilə bağlı problemləri vurğulayıb: “Dəyişdirilmiş FPV dronları Rusiya reaktiv pilotsuz təyyarələrini dayandıra bilməz. Bundan əlavə, Rusiyanın “Banderol” raketləri var ki, onları ümumiyyətlə vurmaq üçün heç bir şey yoxdur”.
Bəxtiyar CƏFƏRLİ