Advertisment

"Rosqvardiya"nın geyim şöbəsinin keçmiş rəisi məhkum olunub

Rusiya Milli Qvardiyasının ("Rosqvardiya") Logistika Departamentinin geyim şöbəsinin keçmiş rəisi Aleksandr Busıqin külli miqdarda rüşvət almaqda günahkar bilinib. Məhkəmə onu 8 il müddətinə ciddi rejimli cəza koloniyasına məhkum edib.

Herbiand.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.

Həbs cəzasından əlavə, Busıqin 6,7 milyon rubl məbləğində cərimə olunub. Məhkəmə həmçinin, onu polkovnik rütbəsindən və 4 il müddətinə dövlət qulluğu vəzifələri tutmaq hüququndan məhrum edib.

İstintaq müəyyən edib ki, "Rosqvardiya" 2023-cü ildə ““Rus”  Dzerjinsk tikiş fabriki” ASC ilə şəxsi gigiyena məhsullarının təchizatı üçün dövlət müqaviləsi bağlayıb. Bu müqavilənin icrasına nəzarət Busıqinin iş vəzifələrinin bir hissəsi olub. 2023-2024-cü illər arasında təqsirləndirilən şəxs hökumət müqaviləsinin şərtlərinin yerinə yetirilməsində ümumi yardım müqabilində şirkət nümayəndələrindən 6 milyon rubl rüşvət alıb.

Bəxtiyar CƏFƏRLİ