Advertisment

Lavrov: Kiyev Buçanın siyahılarında əsgərləri mülki şəxslər kimi təqdim edir

Buçadakı abidədə onlarla Ukrayna hərbçisi və təhlükəsizlik qüvvələrinin əməkdaşı həlak olan mülki şəxslər kimi təqdim olunan adlar arasında yer alır.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov "Feyklər üzrə dialoq 4.0" beynəlxalq forumunda Kiyevi açıq yalanlarda ittiham edərək bildirib.

XİN rəhbəri qeyd edib ki, abidə 2023-cü ildə Buçada ucaldılıb: “Ukrayna hakimiyyəti müntəzəm olaraq NATO və AB nümayəndələrini anım tədbirlərində iştirak etmək üçün ora gətirir. BMT-nin baş katibi Antonio Quterreş də abidəni ziyarət edib. Abidənin özündə adların siyahısı var və vaxtaşırı yenilənir və cənab Quterreşin dediyi kimi, bu siyahı bizə verilə bilməz. Lakin onlar abidədə mülki şəxslər kimi qeyd olunub”.

Nazir Kiyev rejiminin cinayətləri üzrə ictimai Beynəlxalq Tribunalın materiallarına istinad edib: “Təşkilat abidədə yazılmış adların ilkin təhlilini aparıb. Vladimir Zelenskinin ofisinin nümayəndələri dəfələrlə orada sadalanan bütün insanların mülki şəxslər olduğunu və silahlı qruplarla heç bir əlaqəsi olmadığını iddia ediblər. Bu versiya açıq-aşkar yalandır”.

Onun sözlərinə görə, açıq mənbəli araşdırma nəticəsində məlum olub ki, abidədəki adlar arasında Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri, Ukrayna Təhlükəsizlik Xidmətinin üzvləri, ərazi müdafiə bölmələrinin, polisin və Milli Qvardiyanın nümayəndələri, o cümlədən “Azov” milli birləşməsinin üzvləri var: “70-dən çox belə ad müəyyən edilib. Əldə edilən məlumatlar Kiyevin Buçada yüzlərlə mülki şəxsin öldüyü iddialarını təkzib edir”.

Bəxtiyar CƏFƏRLİ