Advertisment

Bu ölkədə narkotik qaçaqmalçılığı ilə bağlı 324 min şübhəli həbs edilib

Şri-Lanka hüquq-mühafizə orqanları 2025-ci ilin oktyabrından 2026-cı ilin noyabrına qədər narkotik qaçaqmalçılığı, paylanması və istifadəsi ilə bağlı 324.780 şübhəlini saxlayıb. Bu, əvvəlki dövrlə müqayisədə 10% artım deməkdir.

Herbiand.az bildirir ki, bu barədə Daily Mirror nəşri ölkənin polis departamentinə istinadən məlumat verib.

Hüquq-mühafizə orqanları narkotik əleyhinə əməliyyatın bir hissəsi olaraq, bu dövrdə narkotik ticarətinin kökünü kəsmək məqsədilə 325.616 reyd keçirib. Bu reydlər zamanı polis təxminən 3 ton heroin, 4,6 tondan çox digər narkotik, onların istehsalı üçün istifadə edilən təxminən 13 tona yaxın kannabis və 4,5 milyon narkotik həb müsadirə ediblər.

Polisin yaydığı statistikaya görə, Şri-Lankada hər gün ən azı 700 nəfər narkotiklə əlaqəli cinayətlərə görə saxlanılır. 2026-cı ilin mart ayında hakimiyyət orqanları açıq dənizlərdə Şri-Lanka gəmilərində narkotik istehsalına görə ölüm hökmü və ya ömürlük həbs cəzası tətbiq edib. Qanunvericiliyin sərtləşdirilməsinə Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin beynəlxalq sularda çoxlu miqdarda heroin və metamfetamin daşıyan gəmiləri ələ keçirməsi səbəb olub.

Bəxtiyar CƏFƏRLİ