Advertisment

Məşhur aktrisann ölüm səbəbi açıqlandı

Fransız aktrisa, məşhur Sovet müğənnisi Vladimir Vısotskinin həyat yoldaşı Marina Vladinin ölüm səbəbi açıqlanıb. Hebrinad.az xəbər verir ki, aktrisanın ölümünə uzun sürən xəstəlik səbəb olub. Bu barədə onun oğlu Nikita Vısotski məlumat verib.

“Xəstə idi. 88 ildən çox ömür sürdü, çox işlər gördü, o cümlədən Vısotski üçün, bütün insanlar üçün”,-deyə Nikita Vısotski bildirib.

Qeyd edək ki, Marina Vladinin vəfat etdiyinə dair xəbər sentyabrın 24-də yayılmışdı.

Məlumata görə, aktrisa son illərini Parisdə keçirib. Övladları bildiribi ki, Vladi doğmaları və sevdiyi heyvanları əhatəsində dünyasını dəyişib.

Xatırladaq ki, Marina Vladi Vladimir Vısotskinin sonuncu həyat yoldaşı olub və 1980-ci ildə sənətçinin ölümünə qədər onunla birlikdə yaşayıb.

E.Cəfərli

Herbiand.az