Rusiya ordusunun “Dnepr” qüvvələri qrupunun kəşfiyyatçıları Xerson istiqamətində Dnepr çayı daşqınında adalar uğrunda gedən döyüş zamanı NATO ölkələrindən olan Ukrayna Silahlı Qüvvələrinin ingilisdilli muzdlu əsgərləri ilə toqquşublar.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya ordusunun Dım ləqəbli zabiti RİA Novosti-yə bildirib.
Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin adi və motorlu qayıqlarda kiçik qruplar şəklində gizli şəkildə Dnepr çayı istiqamətində möhkəmlənməyə çalışdığını qeydə alıblar. Rusiya qoşunları, artilleriya və PUA operatorları isə bu cür manevrləri ələ keçirirlər.
"Orada müxtəlif kontingentlər yerləşdirilib. Düşmən hələ də orada olanda təkcə Ukrayna ordusu deyildi. Müxtəlif dillər, başadüşülməyən danışıqlar eşidirdik - amerikan və ingilis dilini eşitdik. Hansısa qaradərili insanlar ətrafda qaçırdılar", - Dım izah edib.
Bəxtiyar CƏFƏRLİ