Advertisment

Peskov: Putin APEC sammitində iştirak edəcək, G20-də iştirakla bağlı qərar verilməyib

Rusiya Prezidenti Vladimir Putin Çində keçiriləcək APEC sammitində iştirak edəcək.

Herbiand.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

Kremlin sözçüsü Çində keçiriləcək APEC sammitini Putinin ABŞ və Çin liderləri ilə görüşməsi üçün yaxşı fürsət adlandırıb.

 

Peskov Putinin Mayamidə keçiriləcək G20 sammitinə səfəri ilə bağlı hələlik heç bir qərar verilmədiyini və bütün halların nəzərə alınacağını söyləyib.

 

O, əlavə edib ki, Kreml Putinin sammitə dəvət olunmasına görə ABŞ tərəfinə minnətdardır.