Ukrayna hava hücumundan müdafiə vasitələrinin sistematik şəkildə məhv edilməsi Ukraynanı səma üzərində nəzarətdən məhrum edəcək.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev deyib.
Onun sözlərinə görə, bu, Rusiya aviasiyasının imkanlarını genişləndirəcək və qoşunların xüsusi hərbi əməliyyat zonasındakı hücum əməliyyatlarını daha fəal şəkildə dəstəkləyə biləcək.
Qeyd edək ki, Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko bir gün əvvəl Telegram kanalında Kiyev üzərindəki hava məkanının artıq Rusiya ordusu tərəfindən idarə olunduğunu bildirib.
Bəxtiyar CƏFƏRLİ