Advertisment

Başörtüsüz konsert verdi, 74 şallaq cəzası aldı-müğənniyə ağır cəza

İranda şəriət qaydalarını pozan qadın müğənni ağır cəza alıb. Herbiand.az xəbər verir ki,  başörtüsü olmadan konsert verən 29 yaşlı müğənni Pərəsto Əhmədiyə 74 şallaq cəza kəsilib. Apellyasiya məhkəməsi qərarı təsdiq edib.

Əhmədi həmçinin iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq hüququndan məhrum edilib. Qeyd edək ki, xanım müğənni 2024-cü ilin dekabrında “YouTube” üzərindən yayımlanan, təxminən 27 dəqiqəlik konsertdə məcburi başörtüsü olmadan kamera qarşısına keçib. Dörd kişi musiqiçinin müşayiət etdiyi müğənninin çıxışı internetdə geniş yayımlanıb.

Görüntülərin yayılmasından sonra İran məhkəmə orqanları hərəkətə keçib. Hakimiyyət nümayəndələri konsertin ölkənin hüquqi və mədəni qaydalarına zidd olduğunu bildirərək Əhmədi və onunla birlikdə çıxış edən komanda üzvləri barədə araşdırmaya başlayıblar.

Qeyd edək ki, İranda qadınların ictimai yerlərdə başörtüsü taxması məcburi hesab olunur.

E.Cəfərli

Herbiand.az