Türkiyə Konstitusiya Məhkəməsi Yeni Partiya ilə bağlı edilmiş müraciətə baxıb. Herbiand.az xəbər verir ki, müraciət partiyanın adının etibarsız sayılması və siyasi partiyalar reyestrindən silinməsi tələbi ilə bağlıdır.
Məlumata görə, Ali Məhkəmə Yeni Partiyaya müdafiəsini təqdim etməsi üçün 1 ay vaxt verib.
Yenilik Partiyası adların oxşarlığı səbəbilə Yeni Partiyaya qarşı məhkəməyə müraciət edib və Ali Məhkəmə Yeni Partiyanın adının dəyişdirilməsi barədə qərar qəbul edib.
Yeni Partiya adını dəyişdirmədikdən sonra iş Konstitusiya Məhkəməsinə göndərilib.
E.Cəfərli