Norveçin “Kongsberg” şirkəti ABŞ Dəniz Piyadaları Korpusu ilə gəmi əleyhinə raket (NSM) üçün buraxılış qurğularının, silah idarəetmə sistemlərinin və dəstək avadanlıqlarının istehsalı və dəstəklənməsi üçün çərçivə müqaviləsi imzalayıb.
Herbiand.az bildirir ki, müqavilənin dəyəri 404 milyon dollara qədərdir.
Raketlərin 2034-cü ilə qədər çatdırılması nəzərdə tutulur.
Bəxtiyar CƏFƏRLİ