Advertisment

İsrail HƏMAS-ın hücumunun ildönümündə mümkün təxribatlara qarşı cavab hazırlayır

İsrail müdafiə naziri İsrael Katz 7 oktyabrda HƏMAS-ın işğalının ildönümü ərəfəsində Qəzza zolağında orduya hazırlığı artırmağı göstəriş verib. O, hər hansı təxribata sərt cavab veriləcəyinə söz verib.

Herbiand.az bildirir ki, bu barədə The Times of Israel qəzeti yazıb.

Katz sərt xəbərdarlıq edib ki, əgər qüvvələrimizə zərər dəyərsə, onda  HƏMAS və Qəzza xalqı ən ağır bədəl ödəməli olacaqlar.

Nazir həmçinin vurğulayıb ki, onlarda HƏMAS-ın həmin gün Qəzzadakı qüvvələrinə hücum etməyə cəhd etmək niyyətində olduğunu göstərən kəşfiyyat məlumatları var.

Qeyd edək ki, HƏMAS-ın İsrailə terror hücumu 7 oktyabr 2023-cü ildə baş verib.

Bəxtiyar CƏFƏRLİ