Gürcüstanda polis əməkdaşları ölkədə qanunsuz yaşayan əcnəbilərə qarşı genişmiqyaslı reydlər keçirib.
Herbiand.az xəbər verir ki, əməliyyatlar nəticəsində 64 xarici ölkə vətəndaşı saxlanılıb.
Saxlanılanlar arasında Rusiya, Türkiyə, Azərbaycan, Çin, Hindistan, Pakistan və digər ölkələrin vətəndaşları var.
Onlar müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər. Saxlanılanların Gürcüstandan deportasiya edilməsi ilə bağlı müvafiq prosedurlara başlanılıb. / milli.az /