Advertisment

Goranboyda minik avtomobili aşıb, sürücü xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Herbiand.az-ın məlumatına görə, hadisə Goranboy-Tərtər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, 2002-ci il təvəllüdlü X.Tağıyev xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.