Advertisment

Şəmkirdə 18 yaşlı gənc qardaşı tərəfindən bıçaqlanıb

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Herbiand.az-ın məlumatına görə, rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 18 yaşlı gənc aralarında yaranan mübahisə zamanı qardaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.