Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri oktyabrın 12-də Rusiyaya qarşı təxminən 1600 yeni sanksiya qeydini təsdiqləməyi planlaşdırırlar.
Herbiand.az xəbər verir ki, o bu barədə X hesabında bildirib.
Rusiyanın hərbi-sənaye kompleksini hədəfləyən siyahı oktyabrın 7-də Aİ səfirləri tərəfindən yekdilliklə razılaşdırılıb. Bu, indiyədək qurumun təsdiqinə təqdim olunan ən böyük yeni sanksiya siyahısıdır.
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas isə Rusiya dizelinə tətbiq olunan sanksiyaların dayandırılmasını tənqid edib. Onun sözlərinə görə, bu addım Moskvanın müharibəni maliyyələşdirmək üçün gəlirlərini artırır. Kallas Rusiyaya təzyiqi azaltmağın vaxtı olmadığını vurğulayıb.