Ermənistanın paytaxtı İrəvanda baş verən silahlı insident nəticəsində iki nəfər yaralanıb.
Herbiand.az xəbər verir ki, hadisə oktyabrın 11-də, saat 01:10 radələrində Xaçatur Abovyan muzeyinin yaxınlığında yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında qeydə alınıb.
Güllə yarası alan iki nəfər Mikayelyan adına Cərrahiyyə İnstitutuna yerləşdirilib.
Hadisə yerinə baxış keçirən polis əməkdaşları qan izləri, həmçinin avtomat silaha məxsus atılmış və atılmamış patronlar aşkarlayıblar.
Qısa müddət sonra Tbilisi şosesində üzərində qan izləri olan, avtomatla silahlanmış şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və zərərsizləşdirilib.
Həmin şəxsə ilkin tibbi yardım göstərilib, daha sonra polis nəzarəti altında 8 saylı xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.