Advertisment

Futbolda bir epoxanın sonu – Messi millidən getdi

Dwnya futbolunun ulduzu? Argentina millisinin kapitanı Lionel Messi yığmada son oyununu keçirib.

39 yaşlı hücumçunun vida matçı Buenos-Ayresdə “Monumental Antonio Vespucio Liberti” stadionunda Benin yığmasına qarşı olub. Argentina rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

Messi görüşdə komandasının hər üç qolunda iştirak edib. O, 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib, həmçinin 2 qolun ötürməsini verib.

Messi millisi karyerasını 208 oyun, 126 qol və 70 məhsuldar ötürmə ilə tamamlayıb.

Matçdan sonra Messi vida çıxışında bunları deyib:

“Bu gün nəsə demək çətindir. Emosiyalar məni bürüyüb, beynimdə çoxlu fikirlər var. İlk düşündüyüm insan atamdır. Edə biləcəyim yeganə şey vida məktubumda da etdiyim kimi, təşəkkürümü bildirməkdir.

20 ildən çox bu formanı geyinmək mənim üçün böyük qürur idi. Ən çətin vaxtlarda belə mübarizəni heç vaxt dayandırmadım, həmişə bütün gücümü ortaya qoydum və komandanın yanında oldum. Bu komandadan ayrılmaq mənə çox ağır gələcək. And içirəm ki, bütün ömrüm milliyə gəlmək istərdim. Çünki Argentina millisində oynamaq insanın başına gələ biləcək ən gözəl şeydir”.

Qeyd edək ki, Messi Argentina millisində 2005-ci ilin avqustunda Macarıstanla yoldaşlıq görüşündə debüt edib. O, yığma ilə 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə isə Finalissima turnirinin qalibi olub.

Herbiand.az