Advertisment

Alman kəşfiyyatı: Rusiya gələn qış Ukraynanı diz çökdürməyə çalışacaq

Ukraynadakı hərbi münaqişə tezliklə Kiyev üçün ən təhlükəli mərhələyə qədəm qoyacaq.

Herbiand.az bildirir ki, bu açıqlamanı Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Martin Eqer Bundestaqda keçirilən illik parlament dinləmələri zamanı verib.

Alman kəşfiyyatının proqnozlarına görə, Rusiya strateji məqsədlərinə çatmaq üçün gələn qışda Ukraynaya təzyiqi artırmaq niyyətindədir: “Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji infrastrukturuna hücumlarının intensivliyini əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, döyüş zonasında da təzyiqi artıracaq”.

Bəxtiyar CƏFƏRLİ