Advertisment

Qələbəyə inanan ukraynalıların payı 47 faizə düşüb

Ukrayna Silahlı Qüvvələrinin hərbi qələbəsinə ümid edən Ukrayna sakinlərinin payı nəzərəçarpacaq dərəcədə azalıb.

Herbiand.az bildirir ki, bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun əməkdaşlarının keçirdiyi sorğunun nəticələri sübut edir.

Araşdırma zamanı məlum olub ki, sorğuda iştirak edənlərin yarıdan azı (47%) hazırda Ukrayna ordusunun hərbi uğurlarına inanır. Müqayisə üçün qeyd edək ki, 2026-cı ilin iyulunda bu rəqəm 60% idi.

Eyni zamanda, respondentlərin böyük əksəriyyəti hərbi əməliyyatların dayandırılması ilə bağlı Rusiya ilə danışıqların aparılmasının mümkünlüyünü etiraf edir. Sorğu iştirakçılarının 75%-i bu variantı dəstəkləyib.

Bundan başqa, respondentlərin təxminən 69%-i hərbi münaqişənin dondurulmasına müsbət yanaşıb.

Bəxtiyar CƏFƏRLİ