Şimali Koreya Tayvana hərbi satışla bağlı ABŞ-a qarşı sərt bəyanat yayıb. Pxenyan hesab edir ki, Vaşinqton Tayvan boğazında gərginliyi qəsdən artırır.
Herbiand.az xəbər verir ki, bu məlumat Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) tərəfindən yayılıb.
Agentliyin hesabatında adaya Amerika qırıcı təyyarəsinin köçürülməsi vurğulanır: “Son 10 ildə ABŞ Tayvana 39 milyard dollardan çox dəyərində silah ixracına icazə verib. Ötən ilin sonunda isə ABŞ hökuməti tarixdə ən böyük - 11 milyard dollar dəyərində silah satışı paketini təsdiqləyib”.
KCNA qeyd edib ki, Tayvan separatçı qüvvələri hansı metodlardan istifadə etsə də və ABŞ Tayvana hansı dəstəyi verirsə versin, bu, Tayvanın Çinin bir hissəsi olması faktını dəyişdirməyəcək və beynəlxalq ictimaiyyətin "vahid Çin" prinsipinə sadiqliyinin fundamental tanınmasına xələl gətirməyəcək.
Şimali Koreya həmçinin, Vaşinqtonun nəticələrə hazırlığını şübhə altına alır: “ABŞ Tayvanın təhlükəsizliyi naminə güclü bir ölkə - Çin Xalq Respublikası ilə birbaşa qarşıdurmaya girməzdən əvvəl iki dəfə düşünməli və Vaşinqtonun belə bir qarşıdurmanın nəticələrinin öhdəsindən gələ bilib-bilməyəcəyini qiymətləndirməlidir”.
Bəxtiyar CƏFƏRLİ