Yaşı 60-dan yuxarı olan 8 Ukrayna əsgəri Zaporojye vilayətində "Vostok" qüvvələr qrupunda xidmət edən rus əsgərinə döyüşmədən təslim olub.
Herbiand.az bildirir ki, bu barədə "Dobrıy" ləqəbli rus döyüşçü RİA Novosti agentliyinə verdiyi müsahibədə məlumat verib.
O, qeyd edib ki, yaşlı Ukrayna əsgərləri Rusiya qoşunları onların qalasını hədəf almağa başlamazdan əvvəl təslim olublar: "Bizim döyüş yoldaşımız çox ruhdan düşmüş və hər şeydən qorxan, hamısı 60 yaşdan yuxarı kişilər olan Ukrayna Silahlı Qüvvələrinin 8 əsgərini əsir götürüb. Onların özləri təslim olublar".
Bəxtiyar CƏFƏRLİ