Advertisment

Alman nazir Rusiyanın hədəfindəki ölkələri açıqladı

Almaniyanın xarici işlər naziri Yohann David Vadeful Rusiya prezdizenti Vladimir Putinə qarşı ittihamlar irəli sürüb. Herbiand.az-ın məlumatına görə, nazir deyib ki, Rusiya liderinin niyyəti keçmiş imperiyanı bərpa etməkdir.

“Rusiya SSRİ-ni bərpa etmək istəyir və buna görə də Ukrayna, Gürcüstan, Moldova və Baltikyanı ölkələr üçün təhlükə yaradır”-nazir belə deyib.

Putinin əvvəllər söylədiyi “SSRİ-nin dağılması XX əsrin ən böyük fəlakətidir” fikrini xatırladan Vadeful deyib: “Əgər bu, ən böyük fəlakət idisə, deməli, o, yəqin ki, bu səhvi düzəltmək istəyir”.

Nazir bildirib ki, Rusiyanın NATO-ya üzv Baltikyanı ölkələrə hücumu baş verərsə, bu münaqişə Almaniyaya da təsir edəcək. “Rusiya Polşaya, Estoniyaya, Latviyaya və ya Litvaya hücum edəcəyi təqdirdə Berlin NATO qarşısındakı müttəfiqlik öhdəliklərini yerinə yetirəcək”-deyə, nazir əlavə edib.

Qeyd edək ki, iki ölkə arasında diplomatik “söz atışması” davam edir. Bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edib ki, Almaniya kansleri Fridrix Merts və ölkənin Federal Kəşfiyyat Xidmətinin rəhbəri Martin Yeger almanları Rusiya ilə qarşıdurmaya cəlb etməyə çalışırlar.

Aydın

Herbiand.az