Advertisment

Bloomberg: Zelenski Trampla münaqişə ərəfəsindədir

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampla münaqişə ərəfəsindədir, çünki Ukraynada baş verənlərə ABŞ-da aralıq seçkiləri ərəfəsində enerji qiymətləri prizmasından baxılır.

Herbiand.az bildirir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Agentlik qeyd edib ki, Zelenski getdikcə daha çox Trampla münaqişəyə girmək riski ilə üzləşir: “Bu, Kiyev üçün risk yaradır, çünki o, ABŞ-ın digər NATO müttəfiqləri tərəfindən maliyyələşdirilən silah alışından və Vaşinqtonla kəşfiyyat məlumatlarının mübadiləsindən asılı olaraq qalır. Ukrayna həmçinin, münaqişənin beşinci qışı ərəfəsində maliyyə çatışmazlığı ilə üzləşir”.

Bəxtiyar CƏFƏRLİ