Moskvada və Moskva vilayətində yaxın günlərdə qısamüddətli soyuq hava müşahidə olunacaq.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin aparıcı meteoroloqu Lyudmila Parşina açıqlama verib.
Onun sözlərinə görə, qərbdən gələn soyuq hava kütləsinin təsiri ilə oktyabrın 14-də havanın temperaturu aşağı düşəcək. Həmin gün termometrlər 9-11 dərəcə isti göstərəcək.
Bununla belə, sinotik qeyd edib ki, oktyabrın 15-də Moskvada və vilayətdə hava yenidən isinəcək.
“Atmosfer cəbhəsi sürətlə Şərqi Avropaya doğru çəkiləcək və zəifləyəcək. Buna görə də temperaturda ciddi enmə baş verməyəcək”-deyə, mütəxəssis bildirib.
Aydın