Advertisment

Laos-Azərbaycan investisiya sazişi üzrə rəsmi danışıqlara ilin sonunadək başlanıla bilər

Hazırda Laos və Azərbaycan arasında ikitərəfli investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş (BIT) üzrə danışıqlara hazırlıq prosesi gedir.

Herbiand.az xəbər verir ki, bu barədə Laosun İnvestisiyaların Təşviqi və İdarə Edilməsi Komitəsinin daimi komitəsinin üzvü və daimi katibi Vanthana Nolintha Bakıda keçirilən Azərbaycan-Laos İnvestisiya və Biznes Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda 26 belə saziş var və daha üç-dörd yeni saziş üzrə danışıqlar aparılır:

“Ötən həftə saziş layihəmizi Azərbaycan tərəfinə göndərmişik. Ümid edirik ki, bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər Laos-Azərbaycan sazişi üzrə rəsmi danışıqlara başlaya biləcəyik. Bu, hər iki ölkənin investorları üçün daha güclü müdafiə təmin edəcək”.