Advertisment

Saab və GKN yeni “Gripen” qırıcıları üçün mühərrik inkişafını genişləndirəcək

Saab və GKN Aerospace şirkətləri JAS-39 “Gripen E/F” qırıcı təyyarə mühərriki üzərində əməkdaşlıqlarını dərinləşdirəcəklər. Artıq müqavilə imzalanıb və bu, Britaniya şirkətini İsveç döyüş təyyarələrinin yeni variantları üçün güc qurğularının inkişafında tərəfdaş edəcək.

Herbiand.az bildirir ki, bu barədə The Defense Post qəzeti yazıb.

Məlumata görə, GKN Aerospace tədricən daha geniş rol oynayacaq və texniki təcrübə, mühəndislik imkanları və proqram dəstəyi təmin edəcək. İsveç hökuməti şirkətlərə milli mühərrik təcrübəsi yaratmağı tapşırıb. Genişləndirilmiş əməkdaşlığın maliyyə şərtləri və müddəti açıqlanmayıb.

Saab və GKN artıq köhnə Gripen C/D qırıcı təyyarəsi üçün mühərrik üzərində əməkdaşlıq edirlər. Yeni müqavilə isə bu tərəfdaşlığı İsveçin köhnəlmiş qırıcı donanmasını əvəz etmək üçün təqdim etdiyi E/F versiyasına qədər genişləndirir.

JAS-39 “Gripen” - İsveçin dördüncü nəsil çoxməqsədli qırıcısıdır. 1997-ci ildən İsveç Hərbi Hava Qüvvələrində xidmətdədir.

Bəxtiyar CƏFƏRLİ