Rusiyalı aktyor və rejissor Nikita Mixalkov xüsusi hərbi əməliyyatın başlamasından sonra ölkəni tərk edən rus sənətçilər barədə danışıb.
Herbiand.az bu barədə Rusiya mətbuatına istinadən bildirir.
Rejissorun sözlərinə görə, ölkədən gedən şou-biznes xadimləri səhvlərini etiraf etsələr, bağışlanma gözləyə bilərlər: “Lakin bu, Rusiyanı tərk edən və ölkədəki həyatdan şikayət etməyə davam edənlərə aid deyil. Həqiqəti real görüb geri qayıdan və "səhv etdim" və ya "başa düşdüm" deyən insanlar var. Bağışlaya bilərikmi? Əlbəttə”.
Bəxtiyar CƏFƏRLİ