Amerikanın Lockheed Martin şirkəti L3Harris Technologies ilə yüksək dəqiqlikli GMLRS raketləri üçün mühərriklərin istehsalı ilə bağlı 250 milyon dollar dəyərində əlavə müqavilə imzalayıb.
Herbiand.az bildirir ki, bu sursatlar Ukrayna qoşunları tərəfindən, o cümlədən ABŞ-ın 2022-ci ildən Kiyevə tədarük etdiyi HIMARS raket sistemlərinin köməyi ilə aktiv şəkildə istifadə olunur.
Mühərrik istehsalı Arkanzas ştatının Kamden şəhərindəki zavodda təşkil edilir. Zavodun açılışı 2026-cı ilin sonuna qədər gözlənilir.
Bəxtiyar CƏFƏRLİ