Advertisment

"Novosibirsk" Sakit okeanda "Oniks" və "Kalibr" raketlərindən atəş açıb

“Novosibirsk” çoxməqsədli nüvə sualtı qayığı Sakit okean donanmasının təlimləri zamanı Kamçatkadakı dəniz və sahil hədəflərində sualtı mövqedən “Oniks” və “Kalibr” qanadlı raketlər buraxıb.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.

Məlumata görə, “Oniks” düşmənin yerüstü gəmisini imitasiya edən dəniz hədəfini 170 km-dən çox məsafədə vurub. Kamçatka yarımadasındakı Kura poliqonunda 1200 km-dən çox məsafədə yerləşən ikinci hədəfə isə “Kalibr” raketi atılıb.

Bəxtiyar CƏFƏRLİ