Advertisment

Təkmilləşdirilmiş Yak-130M-in çatdırılması 2028-ci ildə başlayacaq

Təkmilləşdirilmiş Yak-130M döyüş təlim təyyarələrinin çatdırılmasına 2028-ci ildə başlamaq planlaşdırılır.

Herbiand.az xəbər verir ki, bu barədə İnterfaks agentliyinə Rusiya Baş nazirinin birinci müavini Denis Manturovun katibliyi məlumat verib.

Bildirilib ki, ötən həftə Yak-130M-in 3-cü prototipinin uçuşu olub: "Bu, bizə təyyarənin sınaqlarını cədvəl üzrə yekunlaşdırmağa və 2028-ci ildə çatdırılmalara başlamağa imkan verəcək".

Bəxtiyar CƏFƏRLİ