Son iki il yarım ərzində xüsusi hərbi əməliyyat qüvvələrinin 15 mindən çox döyüşçüsü "Qayıdış" proqramı çərçivəsində müalicə və reabilitasiya alıb.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Anna Tsivileva bildirib.
"Qayıdış" proqramı 2023-cü ildən bəri Ümumrusiya xalq cəbhəsi və Federal elmi-klinik reanimasiya və reabilitasiya mərkəzi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Tsivileva qeyd edib ki, bu layihə sözsüz davam edəcək: “Bu, təkcə neyroreanimasiya ilə deyil, həm də veteranlarımız üçün sanatoriya-kurort müalicəsinin və ambulator monitorinqin davamlı dəstəyi ilə bağlıdır. Proqrama həmçinin, xüsusi əməliyyat zonasında birbaşa işləyən səhra tibbi qruplarının yaradılması da daxildir".
Bəxtiyar CƏFƏRLİ