Advertisment

Çin Rusiyaya dronlar üçün şəbəkə modemləri tədarük edir - KİV

Çinin Shenzhen Xingkai Technology şirkəti Rusiyaya “Geran” və “Gerber” dronları üçün avadanlıq tədarük edir.

Herbiand.az bildirir ki, bu barədə The Insider nəşri xəbər verir.

Nəşr qeyd edir ki, bunlar uçuş zamanı dronlarla əlaqə qurmağı və idarə etməyi təmin edən şəbəkə modemləridir.

Müəlliflər istehsalçının məhsullarının Rusiyaya “Atlant-İnjinirinq” və LT Global Forwarding vasitəsilə çatdırıldığını aşkar ediblər. Gömrük bəyannamələrində avadanlıqlar anten və məsafədən idarəetmə cihazları kimi qeyd olunub.

Məlumata görə, müstəntiqlər həmçinin modernləşdirilmiş Rusiya “Gerber” dronunda tapılan şəbəkə modemini araşdırıblar. Daha sonra onlar Çin istehsalçısı ilə əlaqə saxlayaraq hücum dronlarının istehsal olunduğu Alabuqa zavodu üçün hərbi avadanlıq təchizatçıları kimi çıxış ediblər.

Nəşr iddia edir ki, təklif olunan avadanlıq Ukraynada araşdırılan nümunə ilə eynidir.

Bəxtiyar CƏFƏRLİ