Advertisment

Litva Kalininqradla sərhəddin təhlükəsizliyini gücləndirib

Litva ordusu Kalininqrad vilayəti ilə sərhəddin qorumasına cəlb olunub.

Herbiand.az bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlayıb.

Müdafiə Nazirliyi bildirib ki, nazir Robertas Kaunas daxili işlər naziri Martinas Katelinasın xahişinə cavab verib və sərhəd xidmətinə dəstəyi artırıb. Əsas diqqət Rusiya eksklavına bitişik hissəyə nəzarətin gücləndirilməsinə yönəlib.

Qoşunların noyabrın ortalarına qədər sərhəddə qalması gözlənilir.

Bəxtiyar CƏFƏRLİ