Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi bir müddət əvvəl baş tutmalı idi.
Herbiand.az bildirir ki, bu barədə Prezident Aparatının və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Kiril Budanova yaxın hesab edilən "Ukraine context" Telegram kanalı məlumat verib.
"Əsir mübadiləsi bir müddət əvvəl baş tutmalı idi. Müvafiq razılaşmalar var idi. Lakin, artan eskalasiyanın yeni mərhələsi fonunda Rusiya bu prosesi təxirə salmağa başlayıb", - kanal müəllifləri bildiriblər.
Bəxtiyar CƏFƏRLİ