Advertisment

Yaxın Şərqdə ideoloji dəyişiklik dalğası-"Bu xətt təsirini itirir"

“İranın və xomeynizmin əsas hədəfi İsrail deyil. İndiyə kimi də İran İsraildən bir qarış torpaq almayıb, nə də orada bir fələstinlinin canını xilas etməyib”. Bu sözləri Herbiand.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. Onun sözlərinə görə, ‘ksinə, indiyə qədər gedən proseslər onu göstərir ki, İran Yaxın Şərqdə sülh prosesinə ziyan vurub.

“İranın yaratdığı proksi qüvvələr fəaliyyət göstərdikləri yerlərdə birinci növbədə həmin ölkələrin özünə dağıntı, tələfat gətirib. Bu proses artıq Yaxın Şərqdə dərk olunur. Müsəlman aləmi artıq qəbul edir ki, İranın bax bu mövcud ideologiyası nəinki müsəlman aləmi üçün, ümumiyyətlə bəşəriyyət üçün nə qədər zərərlidir. Müasir dünyada dindən sui-istifadə, dini siyasiləşdirmək, məzhəbləşdirmək çox təhlükəlidir”.

Tural İrfan deyib ki, hazırda xomeynizmin təsiri yeganə olaraq Livanda və Yəməndə qalmaqdadır.

“Hətta İraqın yarı hissəsində İranın proksi qüvvələri və digər siyasi təşkilatları öz təsirini qoruyub saxlamaqdadır. Getdikcə gücünü və təsiri itirən xomeyniçilik başqa bir ideologiya ilə əvəz olunacaq. Bunun təzahürləri də hazırda hiss olunur. Britaniyaya bağlılığı olan şirazilər, İraqda Sistani xəttini qoruyub saxlayanlar var. Onlar üzdə bir qədər indiki İran xomeynizminə müxalif görsənirlər”.

Məhəmməd Əliyev

Herbiand.az