Advertisment

NYT: Dronların istifadəsi Ukraynada "səngər müharibəsi"nə son qoyub

Dronlar Ukraynada döyüşün təbiətini kökündən dəyişdirərək ənənəvi səngər mövqelərini hava hücumlarından qorunmaq üçün faktiki olaraq yararsız hala gətirib.

Herbiand.az bildirir ki, bu barədə The New York Times (NYT) qəzeti yazıb.

Qeyd olunub ki, dronların istifadəsi "səngər müharibəsi"nə faktiki olaraq son qoyub, çünki səngərlər hava hücumları üçün asan hədəfə çevrilib.

Nəşr vurğulayıb ki, yeni şərtlər qoşunları adi taktikalarını yenidən nəzərdən keçirməyə məcbur edib: “İndi onlar dron hücumlarından qaçmaq üçün cəbhə xəttinə doğru gizli şəkildə hərəkət etməyə çalışırlar. Həmçinin, hava təhlükəsi səbəbindən istifadəsi də dəyişmiş zirehli texnikalarla işləyərkən daha diqqətli olmalıdırlar”.

Qəzet qeyd edib ki, dəyişikliklər şəxsi heyətin sığınacaq üsullarına da təsir edib: “Artıq qoşunlar səngərlər əvəzinə boş binalardan və yeraltı bunkerlərdən istifadə edirlər. Əvvəlki səngər müdafiə sistemi artıq dronların aktiv istifadə olunduğu döyüş şəraiti üçün uyğun deyil”.

Bəxtiyar CƏFƏRLİ