Advertisment

Gürcüstan Baş nazirinin Rusiya üzrə yeni xüsusi nümayəndəsi təyin edilib

Giorgi Zurabaşvili Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Rusiya ilə münasibətlər üzrə yeni xüsusi nümayəndəsi təyin edilib.

Herbiand.az xəbər verir ki, bu barədə hökumət başçısı brifinqdə bildirib.

İrakli Kobaxidze qeyd edib ki, Rusiya ilə münaqişənin sülh yolu ilə həlli, mövcud ticari-iqtisadi əlaqələrin qorunub saxlanılması və inkişaf etdirilməsi, həmçinin humanitar məsələlərlə bağlı daimi dialoqun aparılması Gürcüstanın ən mühüm prioritetlərindən biridir.

Qeyd edək ki, Giorgi Zurabaşvili 2024-2025-ci illərdə Gürcüstanın xarici işlər nazirinin müavini vəzifəsini tutub. 2025-ci ilin iyulundan XİN rəhbərinin birinci müavini olub.