Advertisment

"Bu qadınlar gerçəkdir?": Trampın səfirləri interneti heyrətləndirib

ABŞ-ın İsveçrədəki 60 yaşlı səfiri Kallista Qinqriç və İnsan Alverinə Qarşı Mübarizə üzrə 78 yaşlı xüsusi elçi Barbera Tornhill internetdə gülüş mövzusuna çevriliblər.

Herbiand.az bildirir ki, onların birgə fotosu sosial media istifadəçilərinin diqqətini cəlb edib.

Şəkil Qinqriçin şəxsi bloqunda dərc olunub. Tramp administrasiyasının rəsmiləri açıq mavi və tünd mavi kostyumlarda poza veriblər.

Lakin istifadəçilər görüşə deyil, qadınların görünüşünə diqqət yetiriblər. "Bu qadınlar gerçəkdirmi?", "Hellouinə cəmi iki həftə qalıb", "Bu, Trampın komandasındakı qadınların ən qorxunc fotosudur" - şərhlərdə yazılıb.

Foto 4,6 milyondan çox baxış və 17.000 bəyənmə toplayıb.

Bəxtiyar CƏFƏRLİ