Misir parlamenti husilərin hücumlarına məruz qalan Səudiyyə Ərəbistanını dəstəkləmək məqsədilə Prezident Əbdülfəttah əs-Sisiyə zəruri tədbirlər görmək üçün səlahiyyət verib. Herbiand.az xəbər verir ki, bu barədə qərar oktyabrın 26-da keçirilən qapalı iclasda çıxarılıb. Məlumata görə, qərara deputatların üçdə ikisi səs verib.
Qərara əsasən, zərurət yaranarsa, Səudiyyə Ərəbistanının müdafiəsi üçün Misir hərbçilərinin bu ölkəyə göndərilməsi də mümkündür.
Prezident Sisi bildirib ki, Misirin dəstəyi yalnız Səudiyyə Ərəbistanının ərazisinin və sərhədlərinin müdafiəsi ilə məhdudlaşacaq və husilərə qarşı hücumları əhatə etməyəcək. Husilərin nəzarətində olan Səna parlamentinin sədri Yəhya ər-Rai daha əvvəl Misirin mümkün müdaxiləsinin ölkənin milli təhlükəsizliyi üçün ciddi təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Misir 2015-ci ildə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya qoşulsa da, Yəməndəki münaqişədə məhdud rol oynayıb.
Aydın